MƏDƏNİYYƏT


Masallı Xalq Teatrı Bakıda çıxış edib

Bakı, 13 iyun, AZƏRTAC

İkinci Respublika Xalq Teatrları Festivalının final mərhələsində Masallı Xalq Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Nurəddin Ədiloğlunun “Şəhidlər anası” tamaşası ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, birpərdəli və ikişəkilli tamaşa rejissor Camaləddin Əliyevin quruluşunda təqdim edilib. Tamaşada rolları aktyorlar Aybəniz Həsənova, Əfqan Əliyev, Rövşən Muxtarlı, Ruhil Alkişiyev, Masallı Dövlət Regional Kollecinin tələbələri Əsmər İsmayıllı, Şahsənəm Quluzadə, Əfsanə Məmmədzadə və Elvin Azəroğlu ifa ediblər.

Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

Qeyd edək ki, səhnə əsərində rəsmlərin quruluşu Tofiq Həsənova, səhnə tərtibatı isə Aysel Məmmədovaya məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.