CƏMİYYƏT


Masallı rayonunda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Bakı, 10 avqust, AZƏRTAC

Masallı rayonunda dağlıq ərazidə baş verən yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə müşahidə olunan yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

Hadisə nəticəsində meşə ərazisində 3 hektar sahədə ağaclar və kol-kos yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.