REGİONLAR


Masallı sakini ata-babasından yadigar qalan kəndir toxuma sənətini bu gün də davam etdirir VİDEO

A+ A

Masallı, 14 oktyabr, İ.Adıyev, AZƏRTAC

Müasir dövrdə kəndir toxuma ilə məşğul olan çox az ailə tapılar, çünki yeni texniki avadanlıqlar əl əməyini geridə qoyduğundan bu sənət unudulmaq üzrədir. Buna baxmayaraq, Masallının Digah kəndində Babayevlər ailəsi ata-babadan yadigar qalan 300 illik sənəti bu gün də davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, ailənin başçısı Fikrət Babayev rayonda kəndir toxuma sənəti ilə məşhurdur. Ona bu işdə ailə üzvləri də kömək edir.

Fikrət Babayev bildirib ki, kəndir toxuma nə qədər sadə görünsə də, bir o qədər çətin işdir: “Çünki dəqiqlik bu işin əsas şərtidir. Kəndirin diametrinin alınması böyük təcrübə tələb edir, 2338 ipdən 40 diametr kəndir almaq riyazi hesablamadır”.

Onun sözlərinə görə, əvvəllər hər işi əl ilə edirdi, bu isə çox çətin idi. İndi isə aparatlardan istifadə edir ki, bu da işi qismən asanlaşdırıb. Toxunan kəndirlərdən həm kənd təsərrüfatında, həm də gəmilərdə istifadə olunur.

Kəndir toxumaqla ailəsini dolandıran Fikrət Babayev ali təhsilli olsa da, heç vaxt ata-babasından yadigar qalan bu sənətdən uzaqlaşmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.