REGİONLAR


Masallı taekvandoçuları respublika çempionatında bir qızıl və bir gümüş medal qazanıblar

Masallı, 30 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı Regional Taekvando Mərkəzinin idmançıları Bakıda, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən respublika çempionatında bir qızıl və bir gümüş medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, üç gün davam edən və 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı yarışda Masallı yığması 10 idmançı ilə təmsil olunub.

Masallıdan olan Samir Məhərrəmov 51 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, fevralın 6-9-da Türkiyədə Klublararası V Avropa çempionatında, fevralın 11-14-də isə “Türkiyə Open” Beynəlxalq turnirində ölkəmizin idman şərəfini qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.