REGİONLAR


Masallıda “Ağıl dəryası” bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Masallı, 24 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 23-də Masallı şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında “Ağıl dəryası” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri məlum olub.

AZƏRTAC xəbər verir ki, 9 komandanın qələbə uğrunda mübarizə apardığı yarışda Digah kənd 4 nömrəli tam orta məktəbin komandası birinci, Türkoba kənd tam orta məktəbinin komandası ikinci, Musaküçə kənd tam orta məktəbinin komandası isə üçüncü yeri tutub.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.