REGİONLAR
Masallıda “Ağıl dəryası” intellektual bilik yarışması üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Masallı, 4 mart, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ağıl dəryası” intellektual bilik yarışması üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışmada 20 məktəb komandası öz bilik və bacarığını nümayiş etdirib.
Rayon birinciliyinin yekunlarına görə, Bala Kolatan kənd tam orta məktəbinin komandası birinci, şəhər 3 nömrəli tam orta məktəbinin komandası ikinci, Digah tam orta məktəbinin komandası üçüncü yerə layiq görülüb. Kəlbəhüseynli kənd tam orta məktəbinin komandası isə diplomla mükafatlandırılıb.
Qalib komandaların üzvlərinə kubok, diplomlar və hədiyyələr verilib.