REGİONLAR
Masallıda Dövlət Müstəqilliyi Günü münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilib
Masallı, 19 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Masallı Şahmat Məktəbində keçirilən yeniyetmələr arasında rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən səkkiz günlük yarışda 65 yeniyetmə şahmatçı iki yaş qrupu üzrə mübarizə aparıb.
Yarışda on yaşadək oğlanların və qızların mübarizəsində Vəkil Mikayılov, Nurlan Əsgərov və Şükür Məmmədov müvafiq olaraq ilk üç yerdə qərarlaşıblar.
On altı yaşadək oğlanların və qızların yarışında isə Mircavad Bəşirov, Tural Əsgərov və Fəridə Əliyeva birinci, ikinci və üçüncü yerləri tutublar.
Qaliblərə diplomlar və hədiyyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]