REGİONLAR


Masallıda “İntellekt” bilik yarışının qalibləri məlum olub

A+ A

Masallı, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “İntellekt” bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən gənclər və idman idarəsinin rəisi Camal Manafov dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülən işlərdən danışıb.

C.Manafov bildirib ki, “İntellekt” bilik yarışının keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların bilik və elmi nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

Gərgin və maraqlı mübarizə şəraitində davam edən bilik yarışının yekununda Ərkivan qəsəbəsi 3 nömrəli, Kəlbəhüseynli və Kosakül kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Rayon birinciliyinin qaliblərinə diplomlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.