REGİONLAR


Masallıda Mətbuat Evi tikiləcək

A+ A

Masallı, 17 avqust, Bağır Əliyev, AZƏRTAC

“Azərmətbuatyayım” ASC Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində zona müşavirəsi keçirib.

AZƏRTAC xəbər verir ki, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon mətbuatyayım şöbələrinin rəislərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Azərmətbuatyayım” ASC-nin sədri Süleyman Salmanlı Masallıda Mətbuat Evinin tikilməsinin nəzərdə tutulduğunu bildirib.

Gəncə, Masallı, Saatlı, Ağdaş, Quba, Şirvan, Qəbələ, Şəki, Şəmkir və Qazaxda regional idarələrin yaradıldığını vurğulayan S.Salmanlı qəzet satışı şəbəkəsinin genişləndirilməsi, qəzetlərin operativ çatdırılması və digər məsələlərlə bağlı tövsiyələrini verib, mətbuatyayım sahələrinin müasir texniki avadanlıqlarla təchiz ediləcəyini diqqətə çatdırıb.

Çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı ölkə mətbuatının inkişafına göstərilən dövlət qayğısından və bu sahədə aparılan islahatlardan danışıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.