REGİONLAR


Masallıda Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

A+ A

Masallı, 2 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallıda 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş “QİÇS-in qurbanı olmamaq səndən asılıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov dövlət gənclər siyasətinin icrası istiqamətində ölkəmizdə, o cümlədən Masallı rayonunda görülən işlərdən danışıb.

Sonra Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Emin Nüsrətov, Mərkəzi Rayon Xəstəxananın həkim-hematoloqu Azər Rzayev mövzu ilə bağlı çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.