REGİONLAR


Masallıda “Vətən bizim qürurumuz, güvənc yerimizdir” mövzusunda “dəyirmi masa” keçirilib

A+ A

Masallı, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 26-da Masallı şəhərindəki Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsi, Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun ermənilər tərəfindən işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş “Vətən bizim qürurumuz, güvənc yerimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Dəyirmi masa”da çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonu 1993-cü ilin oktyabr ayında ermənilər tərəfindən işğal olunub.

Qeyd edilib ki, Zəngilan rayonu işğaldan əvvəl düşmən tərəfindən bir neçə gün mühasirədə saxlanılıb. Həmin çətin günlərdə ulu öndər Heydər Əliyevin İran İslam Respublikası ilə apardığı danışıqlar nəticəsində Araz çayının suyunun azaldılması təmin edilib və zəngilanlıların İrana keçməklə düşmən mühasirəsindən xilası mümkün olub.

“Dəyirmi masa”da çıxış edənlər XX əsrin sonu-XXI əsrin əvvəllərində Azərbaycan xalqının ictimai-siyasi həyatında baş verən hadisələrdən, ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış nailiyyətlərdən, aprel döyüşlərində Milli Ordumuzun uğurlarından söhbət açıblar. Natiqlər düşmən tapdağı altın olan torpaqlarımızın, o cümlədən Zəngilan rayonunun Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində azad olunacağına əminliklərini ifadə ediblər.

Tədbir iştirakçılarına Zəngilan rayonu barədə hazırlanmış bukletlər paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.