REGİONLAR


Masallıda “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyi keçirilib

A+ A

Masallı, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 23-də Masallı şəhərindəki Gənclər Mərkəzində “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan bilik yarışmasında rayonun tam orta məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

Rayon birinciliyinin yekun nəticələrinə əsasən Musaküçə kənd tam orta məktəbinin komandası birinci, Digah 4 nömrəli tam orta məktəbinin komandası ikinci, Həsənli kənd tam orta məktəbinin komandası üçüncü yerlərə layiq görülüblər.

Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.