QAN YADDAŞI
Masallıda Xocalıya həsr olunmuş rəsm, şeir və inşa-yazı müsabiqəsi keçirilib
Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda rəsm, şeir və inşa-yazı müsabiqəsinin qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Rəsm müsabiqəsində Musaküçə kənd tam orta məktəbin X sinif şagirdi Hafisə Şahverdiyeva birinci, həmin məktəbin XI sinif şagirdi Xəyalə Hüseynova ikinci, Qızılavar kənd tam orta məktəbin XI sinif şagirdi Fariq Ağayev üçüncü yerlərə layiq görülüblər.
İnşa-yazı müsabiqəsində Hüseynhacılı kənd tam orta məktəbin şagirdi Günay Abdullayeva, şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Kəmalə Fəttahzadə, Musaküçə kənd tam orta məktəbin şagirdi Ləman İsmayılzadə, Dəfinə Məktəb-Liseyin şagirdi Aydan Əşrəfova fərqlənib.
Şeir müsabiqəsində isə Şərəfə kənd tam orta məktəbin şagirdi Surə Seyfullayeva, Dəmirçi kənd ümumi orta məktəbin şagirdi Rəfiqə Cavadova, Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbin şagirdi Kənan Tağıyev müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Müsabiqədə fərqləndiyinə görə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Rəşidə Adıgözəlova, Mahmudavar kənd ümumi orta məktəbin şagirdi Əhməd Sadıqov və Musaküçə kənd tam orta məktəbin şagirdləri Xəyalə Ağazadə, Türkan Niftullayeva və Məleykə Rəhimova diplomla mükafatlandırılıblar.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları və hədiyyələr verilib.