REGİONLAR


Masallıda “Zəka” intellektual bilik yarışı keçirilib

A+ A

Masallı, 22 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Zəka” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ölkəmizdə dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışaraq, gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirak etdiyini, onların hərtərəfli inkişafı üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Bilik yarışında məktəblilər üç mərhələdə qalib adı uğrunda mübarizə aparıblar. Rayon birinciliyində rəqiblərindən daha üstün oyun nümayiş etdirən Bədəlan kənd tam orta məktəbinin komandası bütün mərhələləri uğurla başa vuraraq, yarışın birincisi olub.

Türkoba kənd tam orta məktəbinin komandası ikinci, Qodman kənd tam orta məktəbinin komandası isə üçüncü yerləri tutublar.

Qaliblərə diplom və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.