REGİONLAR


Masallıda ailə planlaşdırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edilib

A+ A

Masallı, 3 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Qadın və İnkişaf” Mərkəzinin təşkilatçılığı ilə “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, “Qadın və İnkişaf” Mərkəzinin rəhbəri Pərvin Məmmədova, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova, Masallı Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Cahan Mustafayeva və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, layihənin məqsədi rayonlarda əhali arasında reproduktiv sağlamlıq, abortların fəsadları və digər mövzularda maarifləndirmə işi aparmaqdır.

Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasının daim dövlətin diqqət mərkəzində olduğunu bildirən natiqlər deyiblər ki, bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlük verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərlə bağlı bir sıra təkliflər irəli sürülüb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.