REGİONLAR


Masallıda banan ağacı bar verib VİDEO

Masallı, 30 noyabr, İlkin Adıyev, AZƏRTAC

Masallının Xanalion kənd sakini Maqsud Şirəliyev həyətyanı sahəsində tropik iqlim şəraitinə xas olan banan yetişdirir.

AZƏRTAC xəbər verir ki, banan tingi 4 il bundan əvvəl əkilsə də, təsərrüfatçı bu vaxtadək ondan məhsul əldə edə bilməyib. Ağac bir neçə dəfə soyuqdan qurusa da, yay aylarında yenidən cücərib.

Bu il banan ağacı bar verib. Meyvənin yetişməsini gözləyən Maqsud Şirəliyev deyir ki, banan yerli iqlimə xas bitki olmadığından ona xüsusi şəraitdə daim aqrotexniki qulluq göstərilməlidir. Təsərrüfatçı yaxşı məhsul götürərsə, banan ağaclarının sayını artırmaq fikrindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.