REGİONLAR


Masallıda cüdo üzrə açıq rayon birinciliyində 200-dək idmançı iştirak edib

A+ A

Masallı, 20 iyul, Bağır Əliyev, AZƏRTAC

Masallı Olimpiya İdman Kompleksində Cüdo Federasiyası, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının 22-ci ildönümünə həsr olunmuş kiçikyaşlı uşaqlar, yeniyetmə və gənclər arasında cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, üç gün davam edən yarışda 14 komandadan 200-dək idmançı qələbə uğrunda mübarizə aparıb.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, Cüdo Federasiyasının üzvü Şamil Sövzəliyev, rayon icra hakimiyyətinin nümayəndəsi Nazim Muradov, yarışın baş hakimi Telman Əhmədli ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində qazanılmış uğurlardan, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, yarışda qalib gəlmiş idmançılara yeni-yeni qələbə sevincləri arzulayıblar.

Qeyd edək ki, yarışda Bakı şəhərindən 8, Naxçıvan Muxtar Respublikasından 1, Sumqayıt şəhərindən 4, Masallı rayonundan 1 komanda iştirak edib.

Qaliblər rayon gənclər və idman idarəsinin diplomları və medallarlarla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.