REGİONLAR
Masallıda cüdo üzrə zona birinciliyinə start verilib
Masallı, 2 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə 2000-2004-cü il təvəllüdlü uşaqlar və yeniyetmələr arasında cüdo üzrə zona birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək yarışda Masallı, Biləsuvar, Salyan, İmişli, Lənkəran, Şirvan rayon və şəhər komandaları qələbə uğrunda mübarizə aparacaqlar.
Zona birinciliyinin açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nazim Muradov, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, Azərbaycan Cüdo Federasiyasının məsul işçisi Sahib İsmayılov, hakimlər komitəsinin sədri, Olimpiya reytinqli hakim Fariz Hüseynov və başqaları ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Zona birinciliyinin qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:11]
Balakəndə Novruz bayramı qeyd olunub
- 19.03.2024 [16:59]
AFAQ layihəsi çərçivəsində Zəngilanda qadın fermerlərə dəstək göstərilib
- 19.03.2024 [16:56]
Gəncədə güclü yağış fəsadlara səbəb olub
- 19.03.2024 [16:41]
Naxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
- 19.03.2024 [16:27]
Füzuli şəhərində İlaxır çərşənbə qeyd olunub FOTO VİDEO
- 19.03.2024 [15:56]
Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub
- 19.03.2024 [14:58]