REGİONLAR


Masallıda futbol üzrə rayon birinciliyi başa çatıb

Masallı, 9 iyul, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Kəlbəhüseynli kəndindəki “Qala” stadionunda iyunun 10-dan iyulun 7-dək davam edən Milli Qəhrəmanlar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda qələbə uğrunda mübarizə aparıb.

Rayon birinciliyinin finalında bütün oyunları uğurla başa vuran Çaxırlı kəndinin “Qala” komandası və Binə Xocavar kəndinin “Binə-1” komandası qarşılaşıblar.

“Qala” komandası rəqibini 6:1 hesabı ilə məğlub edərək yarışın qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.