REGİONLAR


Masallıda ilk dəfə əkilən tütünün satışına başlanılıb

A+ A

Masallı, 5 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bu il Masallı rayonunda ilk dəfə əkilmiş tütünün satışına başlanılıb.

AZƏRTAC xəbər verir ki, rayonun Qızılağac, Xırmandalı, Şərəfə və Qarğalıq kəndlərinin ərazisində 11 hektar ərazidə əkilmiş tütün qurudularaq Şəki Tütün Fermentləşdirmə Zavoduna təhvil verilir.

Tütün satışında Xırmandalı kəndinin məhsul istehsalçıları fərqləniblər. Zavoda təhvil verilmiş 4,7 ton məhsulun 2,4 tonu məhz onların payına düşür. Kəndin sakinləri növbəti ildə 60 hektar sahədə tütün əkməyi qərara alıblar.

Qeyd edək ki, zavodda qurudulmuş tütün məhsulunun birinci növü 2, ikinci növü isə 1,7 manata qəbul edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.