REGİONLAR
Masallıda intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri məlum olub
Masallı, 7 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 7-də Masallı şəhərindəki ASAN İntellektual Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında 8 komanda qalib adı uğrunda mübarizə aparıb.
Rayon birinciliyində daha inamlı oyun nümayiş etdirən Təzə-Alvadı 1 nömrəli kənd tam orta məktəbinin “Qələbə” komandası birinci, Musaküçə kənd tam orta məktəbinin “Uğur” komandası ikinci, Böyük Kolatan kənd tam orta məktəbinin “Vedette” komandası üçüncü yerə layiq görülüblər.
Qalib komandaların üzvlərinə kubok və diplomlar verilib.