REGİONLAR


Masallıda keçirilən futbol üzrə açıq rayon birinciliyində “Göytəpə” komandası qalib gəlib

Masallı, 6 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallıda 28 May - Respublika Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında keçirilən futbol üzrə açıq rayon birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Təzə-Alvadı kənd stadionunda keçirilən yarışda 14 komanda qələbə uğrunda mübarizə aparıb.

Açıq rayon birinciliyində bütün oyunları qələbə ilə başa vuran “Göytəpə” komandası birinci, “Təzə-Alvadı” komandası ikinci, “Binə Xocavar” komandası üçüncü yerlərə layiq görülüblər.

Qaliblər kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.