REGİONLAR


Masallıda keçirilən qanvermə aksiyasında 100-dək könüllü iştirak edib

A+ A

Masallı, 19 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 19-da Masallı rayonunun Boradigah Qəsəbə Sahə Xəstəxanasında Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Lənkəran bölməsinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, xeyriyyə aksiyasına qəsəbədən, eləcə də Mahmudavar, Türkoba, Rüdəkənar, Tüklə, Kubin, Miyənkü, Hişkədərə və Şatıroba kəndlərindən 100 nəfərə yaxın könüllü qoşulub.

Qanvermə aksiyada toplanan qan nümunələri qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.