REGİONLAR


Masallıda müalicəvi turizm şəhərciyi salınacaq

Masallı, 4 avqust, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsinin turizm məkanlarından biri də Masallı rayonudur. Bu ilin birinci yarısında rayonda fəaliyyət göstərən 33 turizm obyekti 13600 turisti qəbul edib. Turistlərin 1110 nəfəri xarici vətəndaşlar olub.

AZƏRTAC xəbər verir ki, Masallıda turizmin sürətli inkişafını təmin etmək məqsədi ilə rayonda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.

Prezidenti İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya növbəti səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı rayonda turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılıb və bu təklif dövlətimizin başçısı tərəfindən bəyənilib. Artıq turizm istirahət kompleksinin tikinti-layihə sənədlərinin hazırlanmasına başlanılıb.

Kompleksin rayonun Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolu boyunca 10 hektar sahədə tikilməsi nəzərdə tutulub.

Layihənin icrası Masallıda, o cümlədən ölkəmizin cənub bölgəsində turizmin inkişafına böyük təkan verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.