REGİONLAR
Masallıda müəllimlər üçün təlimlər təşkil olunub
Masallı, 30 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 30-da Masallı şəhərindəki 4 nömrəli Digah tam orta məktəbində Əlavə Təhsil Mərkəzinin (ƏTM) təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində işləyən müəllimlər üçün “Həyati bacarıqlara əsaslanan təhsil” fakültativ kursunun tədrisi ilə əlaqədar təlimlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, təlimlərdə təhsil strategiyasının tələblərinə uyğun təhsil işçilərinin təkmilləşdirilməsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə əlaqədar müzakirələr aparılıb.
Təlim məşğələsinin birinci günü ƏTM-in işçi qrupunun rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Sevda Tağıyeva layihənin önəmindən danışıb, müəllimləri maraqlandıran sualları cavablandırıb.
Tədbirdə ƏTM-in təsisçiləri Zərifə Dəmirova və dosent Aslan Dəmirov mövzu ilə bağlı çıxış ediblər.