REGİONLAR


Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Masallı, 13 yanvar, Bağır Əliyev, AZƏRTAC

Yanvarın 13-də Masallı rayonunun Ərkivan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, 44 BD 497 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını yolun kənarındakı maneəyə çırpıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 15 yaşlı Gözəlov Elşad Elşən oğlu ağır xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.