REGİONLAR
Masallıda prokurorluq işçilərinə mükafatlar təqdim olunub
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edənlər prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə hər il oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin prokurorluq işçilərinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda prokurorluq işçilərinin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.