REGİONLAR


Masallıda qanvermə aksiyasında 200-dək könüllü iştirak edib

A+ A

Masallı, 16 iyul, Bağır Əliyev, AZƏRTAC

Masallı Mərkəzi Rayon Xəstəxanasında Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə talassemiya və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, ictimaiyyətin nümayəndələri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu humanist aksiyaya qoşulublar.

Xüsusi tibbi briqadanın həkimləri tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən edilib.

Humanitar aksiyada 200 nəfərə yaxın könüllü qan verib.

Aksiya iştirakçılarından Sədrəddin Abbasov, Səxavət Sadıqova, Səfər İsmayılov, Elağa Rəhimov və başqaları xeyriyyə tədbirinin keçirilməsini təqdirəlayiq hesab etməklə, xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadığını bildiriblər.

Toplanan qan nümunələri qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.