REGİONLAR


Masallıda region gənclərinin dini radikalizm və ekstremizmlə mübarizə yolları müzakirə edilib

A+ A

Masallı, 12 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Ərkivan qəsəbəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Region gənclərinin dini radikalizm və ekstremizmlə mübarizə” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Raci Səfərov tədbirin məqsəd və vəzifələrindən söhbət açaraq son illər müsəlman ölkələrində din pərdəsi altında ektremist qüvvələrin insanlığa sığmayan hərəkətlərini pisləyib, gəncləri radikal qruplaşmaların fitnələrinə uymamağı çağırıb.

Tədbirdə ekspert Nəsimi Bədəlovun mövzu ilə bağlı çıxışı dinlənilib.

Açıq diskussiya şəklində davam edən tədbirdə “Tolerantlığın və Multikulturalizmin Vətəni” adlı videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.