Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Masallıda turizm şəhərciyi salınacaq

Masallı, 9 fevral, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda turizmin inkişafı üçün əlverişli şərait var. Turizm şəbəkəsinin ilboyu fəaliyyətini təmin etmək məqsədilə rayonda turizm şəhərciyi salınacaq. Bu məqsədlə layihə işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 9-da Masallı Mədəniyyət Mərkəzində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun hesabat məruzəsi dinlənilib. Qeyd edilib ki, 2016-cı il Masallı rayonu üçün yaddaqalan hadisələrlə zəngin olub. Sentyabrın 3-də Prezident İlham Əliyevin Masallıya növbəti səfərini rayon sakinləri böyük sevinclə qarşılayıblar. Dövlətimizin başçısının iştirakı ilə Masallıda “ASAN həyat” kompleksi, Bayraq Meydanı, Dövlət Rəmzləri və Tarix-Diyarşünaslıq muzeyləri, Uşaq İncəsənət Məktəbi istifadəyə verilib.

Həmin səfərin nəticəsi olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə Masallı şəhərində çoxmərtəbəli yaşayış binalarının əsaslı təmiri məqsədi ilə 3 milyon manat vəsaitin ayrıldığını vurğulayan R.Hüseynov göstərilən diqqət və qayğıya görə rayon sakinləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Masallının yeni inkişaf dövrünü yaşadığını bildirən R.Hüseynov regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin uğurla icra edildiyini diqqətə çatdırıb.

Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinin aparıldığını qeyd edən icra hakimiyyətinin başçısı bu məqsədlə “Viləşçay” su anbarının aşağı hissəsində sutəmizləyici qurğunun, 5000 kubmetr həcmində su anbarının inşa edildiyini, Muğan zonası və Qızılağac istiqamətində kəndlərə içməli su xəttinin çəkilməsinə başlanıldığını bildirib.

Qeyd olunub ki, Masallı şəhərində böyük bir layihənin - Viləş Park Bulvar Kompleksinin tikintisinə də başlanılıb. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının inşası və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.

Hesabat ilində 140 şagird yerlik Çayqıraq, 140 şagird yerlik Dəlləkoba, 120 şagird yerlik Köhnə Zuvand və 180 şagird yerlik Şatıroba kənd ümumi orta məktəbləri, Xıl, Səmidxan, Gəyəçöl, Yeyənkənd və Babaser kənd həkim məntəqələri tikilərək istifadəyə verilib. Hazırda Lürən, Məmmədoba həkim məntəqələrinin tikintisi davam etdirilir. Rayon mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilib.

Dövlət Proqramı əsasında qaz xəttinin çəkilişi davam etdirilib, Sirəbil, Qızılağac, Hüseynhacılı, Məmmədoba, Öncəqala, Xıl və Sığıncaq kəndləri təbii qazla təchiz olunub. Sığdaş, Xanalyan, Qodman, Babaküçə, Qasımlı, II Yeddioymaq, Bala Təklə və Şıxlar kəndlərində isə daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi başa çatdırılıb. Hazırda 5 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi işləri aparılır. Rayonda 103 yaşayış məntəqəsindən 92-si qazla təmin olunub.

Bildirilib ki, hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 1,6 faiz artaraq 571,3 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi 2,1, kənd təsərrüfatı məhsullarının həcmi 2,8, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,3 faiz artıb. Ötən il rayonda 3027 yeni iş yeri açılıb, onlardan 2599-u daimi iş yerləridir.

Hesabat məruzəsi ətrafında müzakirələrdə Milli Məclisin üzvləri Elmira Axundova, Nəriman Əliyev, Musa Qasımlı, rayon kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev, Masallı regional “ASAN xidmət” Mərkəzinin rəhbəri Vidadi Muxtarov, rayon mərkəzi xəstəxanasinin baş həkimi Cəlil Nəzərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı rayonu üzrə nümayəndəsi Miryəhya Bədirov və başqaları çıxış ediblər.

Sonra yığıncaqda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov ötən il ölkəmizdə, o cümlədən Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışaraq, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb