REGİONLAR


Masallıda ümumrayon iməciliyi keçirilib

Masallı, 12 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 12-də Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində ümumrayon iməciliyi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə 40 hektar sahədə abadlıq işləri aparılıb.

İməcilik zamanı yaşıllıqlara qulluq göstərilib, ərazi alaq otlarından və məişət tullantılarından təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.