REGİONLAR


Masallıda zərərli vərdişlərə qarşı mübarizədə gənclərin rolu müzakirə edilib

A+ A

Masallı, 26 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 26-da Masallı şəhərindəki Gənclər Mərkəzində “Sən də, zərərli vərdişlərin qurbanı olma!” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsi, təhsil şöbəsi, mərkəzi rayon xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri, təhsil və tibb işçiləri, yeniyetmələr və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa çağırıb.

“Dəyirmi masa”da rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi İktay Mütəllimov, mərkəzi rayon xəstəxanasını həkim-narkoloqu Nazim Rufullayev, təhsil şöbəsinin metodisti Əyyar Burhanov, Rüdakənar kənd tam orta məktəbinin müəllimi Ramazan Şükürov və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Çıxış edənlər narkomaniyanın dünyada böyük bəlaya çevrildiyini qeyd edərək cəmiyyətin hər bir üzvünün, xüsusən gənclərin bu bəlaya qarşı barışmaz mövqedə olmasının vacibliyini diqqətə çatdırıblar.

Tədbirin sonunda gənclərə mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.