REGİONLAR


Masallıda zərərli vərdişlərə və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “dəyirmi masa” keçirilib

A+ A

Masallı, 1 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Sənin davranışın, sənin sağlamlığındır” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən birinin narkomaniya olduğunu deyib. “Ağ ölümə” qarşı müxtəlif mübarizə metodlarından istifadə etməyin vacib olduğunu vurğulayan C.Manafov, narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

“Dəyirmi masa”da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Emin Nüsrətov, təhsil şöbəsinin metodisti Abbas Abbaszadə və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Bildirilib ki, narkomaniyanın acı nəticələri Azərbaycandan da yan ötməyib. Narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının olmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, gələcəyimiz olan gənclərin bu xəstəliyə tutulmasının qarşısını almaq hər birimizin vətəndaşlıq borcudur.

Tədbir iştirakçılarına mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.