REGİONLAR


Masallıdakı “ASAN həyat” kompleksində keçirilən rəsm sərgisinin qalibləri mükafatlandırılıb

A+ A

Masallı, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC

Noyabrın 15-də Masallı şəhərindəki “ASAN həyat” kompleksində “ASAN xidmət”, Masallı Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda rəsm sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “ASAN həyat” kompleksindəki Heydər Əliyev adına İncəsənət Məktəbində Masallı və ətraf rayonlardan olan 30 məktəblinin iştirakı ilə keçirilən sərgidə müxtəlif rəsm əsərləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyinin müəllimi, Əməkdar Müəllim Əhməd Məmmədov gənc rəssamlara uğurlar arzulayıblar.

Müsabiqədə Murad Talıbov (Cəlilabad) birinci, Pərvin Qədiməliyev (Masallı) ikinci, Aytac Həsənzadə (Lənkəran) və Mirəliheydər Kazımzadə (Biləsuvar) üçüncü yerə layiq görülüblər.

Qaliblərə sertifikat və hədiyyələr verilib.

Daha sonra tədbir iştirakçıları “ASAN həyat” kompleksindəki kino-klubda “Əbədi ezamiyyət” filminə tamaşa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.