REGİONLAR


Masallılı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola düşüblər

Masallı, 5 iyul, Bağır Əliyev, AZƏRTAC

“Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq iyulun 4-də masallılı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Masallı şəhərindəki “Bayraq meydanı”nda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışaraq hərbi xidmətə yola düşən çağırışçı-gənclərə ən xoş arzularını çatdırıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edib.

Çağırışçı-gənclər adından çıxış edən Faiq İsazadə vətənə şərəflə, vicdanla xidmət edəcəklərini bildirib.

Valideyn İsmayıl Kərimov nəvəsinin hərbi xidmətə yola düşməsindən qürur duyduğunu qeyd edərək, çağırışçılara vətənin layiqli əsgəri olmağı arzulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov xərbi xidmətə yola düşən gənclərə xeyir-dua verib.

Çağırışçı-gənclər musiqi sədaları altında müqəddəs “Qurani-Kərim”in altından keçib, Azərbaycan bayrağını öpərək xidmət edəcəkləri hərbi hissələrə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.