REGİONLAR
Masallının Babaser kəndində tibb məntəqəsinin yeni binası açılıb
Masallı, 14 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 14-də Dünya Bankının maliyyələşdirdiyi “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Masallı rayonunun Babaser kəndində tibb məntəqəsinin yeni binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Boradigah qəsəbə ərazi icra nümayəndəsi Ələkbər Cəfərov, ağsaqqal Məhəmməd Abbasov, müəllim Pərvanə Tağıyeva və başqaları kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Çıxış edənlər rayonda sosial problemlərin həlli, o cümlədən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıblar.
Kənd sakinləri əhalinin sağlamlığının qorunmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasim iştirakçıları yeni tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.