REGİONLAR


Masallının Çayqıraq kənd şagirdlərinə “Bilik günü” töhfəsi

A+ A

Masallı, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 14-də Masallı rayonunun Çayqıraq kəndində ümumi orta məktəb üçün tikilmiş 140 şagird yerlik yeni binanın açılışı olub.

AZƏRTAC xəbər verir ki, yeni məktəb binasının açılış mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatları Elmira Axundova, Musa Qasımlı və kənd sakinləri iştirak ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, ağsaqqallar və valideynlər müəllimləri və şagirdləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra yeni binada yaradılan şəraitlə tanışlıq olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.