REGİONLAR


Masallının Öncəqala və Hüseynhacılı kəndlərinə ilk dəfə “mavi yanacaq” verilib

A+ A

Masallı, 25 avqust, Bağır Əliyev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq avqustun 25-də Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, 477 abonenti olan Öncəqala kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1455 metr müxtəlif diametrli polietilen və 37987 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, Sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

260 abonenti olan Hüseynhacılı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 1491 metr müxtəlif diametrli polietilen və 20727 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlər sayğaclarla təmin olunublar.

Bu münasibətlə hər iki kənddə keçirilən açılış mərasimlərində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Regional Qaz İstismarı İdarəsinin rəisi Rafael Novruzov əlamətdar hadisə münasibətilə sakinləri təbrik ediblər.

Çıxışlarda qeyd olunub ki, son 4 ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 40 yaşayış məntəqəsi qazlaşdırılıb və bu iş davam etməkdədir. Hazırda daha 11 kəndə qaz xətti çəkilir.

Kənd sakinləri əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial məsələlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.