REGİONLAR


Masallının Təzəkənd kənd tam orta məktəbində şəhid Rövşən Nəbiyevin büstü açılıb

Masallı, 4 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Təzəkənd kənd tam orta məktəbində bu təhsil ocağının məzunu olmuş şəhid Rövşən Sahib oğlu Nəbiyevin büstü açılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə şəhidin adını daşıyan məktəbdə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Rövşən Nəbiyevin nümunəvi hərbi xidmət yolundan danışıb. Bildirib ki, hər bir azərbaycanlı Rövşən kimi qəhrəman oğlanlarla fəxr edir.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, şəhidin müəllimi Hüseyn Abuşov, döyüş yoldaşı İlham Qurbanov, sinif yoldaşı, Qarabağ müharibəsi iştirakçısı Fuad Ağayev, axund Hacı Əlihəsən Rövşənin ömür yolunun gənclərə örnək olduğunu vurğulayıblar.

Şəhidin anası Atlas Nəbiyeva göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Mərasimdə şəhid Rövşən Nəbiyevin ruhuna dualar oxunub, abidəsi önünə tər çiçəklər düzülüb.

Tədbirin sonunda məktəblilərin ifasında hərbi vətənpərəvrlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, Rövşən Nəbiyev 1993-cü il yanvarın 26-da cəbhənin Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.