REGİONLAR


Masallının turizm obyektlərində mədəni-kütləvi tədbirlər keçirilir

A+ A

Masallı, 27 avqust, Bağır Əliyev, AZƏRTAC

Yay turizm mövsümü ilə əlaqədar Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə turizm obyektlərində və istirahət mərkəzlərində mədəni-kütləvi tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Masallının “İsti-su”, “Dəştvənd”, “Gilavar”, “Viləş otel”, “Qamo” və digər istirahət mərkəzlərində təşkil olunmuş konsertlərdə yerli sakinlərlə yanaşı, turistlər də iştirak ediblər.

Rayon mədəniyyət mərkəzinin “Təravət” instrumental ansamblının, Mahmudavar kəndinin "Halay" xalq folklor kollektivinin, Heydər Əliyev Mərkəzinin uşaq rəqs kollektivinin iştirakı ilə hazırlanmış musiqi nömrələri turistlər tərəfindən alqışlarla qarşılanıb.

Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin turizm obyektlərində təşkil etdiyi kitab sərgisi də turistlərin böyük marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.