Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Masanobu Yamamoto: Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması həqiqətən çox heyranedicidir VİDEO

Masanobu Yamamoto: Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması həqiqətən çox heyranedicidir VİDEO

Tokio, 4 dekabr (AZƏRTAC). Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması həqiqətən çox heyranedicidir.

Bu sözləri Yaponiyanın “Blue Earth 3.0” internet televiziyasının baş meneceri, professor Masanobu Yamamoto III Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşərkən demişdir.

Professor M.Yamamoto belə mötəbər tədbirə dəvətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmiş və Forumun yüksək səviyyədə təşkilini vurğulayaraq demişdir: “Mən ilk dəfə idi ki, Azərbaycanda olurdum. Bu ölkə öz gözəlliyi, insanlarının qonaqpərvərliyi və mehribanlığı ilə yaddaşıma həmişəlik həkk olundu. Forumun mövzusuna gəlincə isə demək istəyirəm ki, dünyanın qloballaşdığı və bir çox hallarda terror psixologiyasının üstünlük təşkil etdiyi bir vaxtda humanitar məsələlərin belə yüksək səviyyədə müzakirəsi beynəlxalq əhəmiyyətə malikdir. Forumda Türkiyə, Rumıniya, Bolqarıstan, Litva, Estoniya, Serbiya və digər ölkələrin sabiq prezidentlərinin, nüfuzlu siyasətçilərin, Nobel mükafatları laureatlarının, dünyanın 70 ölkəsini təmsil edən çoxsaylı ictimai-siyasi və elm xadimlərinin iştirakı buna sübutdur. Tədbir iştirakçılarının hamısı qlobal, ümumbəşəri məsələlərin müzakirə edildiyi Bakı Forumunun böyük əhəmiyyəti, beynəlxalq humanitar əməkdaşlığın, müxtəlif ölkələrdə vətəndaş cəmiyyətlərinin inkişafının, həyatın keyfiyyətinin artırılmasının müxtəlif aspektləri barədə geniş fikir mübadiləsi aparmaq imkanı qazanmışdılar”.

Azərbaycan Prezidentinin qlobal səviyyədə düşünməsini, yaranmış imkandan yalnız öz xalqı üçün deyil, dünya xalqlarının da faydalanmasına imkan yaratmasının təqdirəlayiq hal olduğunu vurğulayan professor, bunun müasir dünyada çox nadir hal olduğunu demişdir. Alim qeyd etmişdir ki, dünyanın heç bir ölkəsi belə bir addım atmaq iqtidarında deyildir. Azərbaycan öz karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, onun belə bir addım atması inanılmazdır. Sürətlə inkişaf edən Azərbaycan başqa xalqların da tərəqqisinə çalışır. Biz, dünyanın inkişaf etmiş ölkələri belə bir ağır məsələnin həllində Azərbaycana köməyimizi əsirgəməməliyik. Xüsusən, Forumda iştirak edən sabiq prezidentlər müdriklik göstərərək münaqişənin nizamlanması işinə fəal şəkildə qoşulmalıdırlar.

Azərbaycan Prezidentinin Forumdakı nitqini yüksək qiymətləndirən professor demişdir: “Zənnimcə, Prezident İlham Əliyevin Forumda iştirak etməsi, bu tədbirin məqsədləri, həmçinin son illərdə siyasi, iqtisadi və ictimai sahədə ölkədə qazanılmış uğurlar haqqında nitqi tədbirə xüsusi status vermişdir. Dövlət başçısının Azərbaycan cəmiyyətində ictimai-siyasi islahatlar, iqtisadi sahədə uğurlar, adambaşına milli gəlirin artması, həyat səviyyəsinin yüksəlməsi barədə nitqi Forumun açılış mərasimində iştirak edənlərin hamısına, o cümlədən mənə güclü təsir bağışlamışdır. Həmin nitqə qulaq asdıqdan sonra mən Azərbaycanın əsas probleminin mahiyyətini də dərindən başa düşdüm. Diqqətimi ən çox cəlb edən məsələ, qeyd etdiyim kimi, Azərbaycanın işğala məruz qalmasına, müharibə şəraitində olmasına baxmayaraq, dünyanın digər ölkələrinə öz köməyini göstərməsi idi. Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması həqiqətən çox heyranedicidir”.

Hər bir ölkənin inkişafı üçün müvafiq humanitar konsepsiyaya malik olmasının zəruriliyini qeyd edən M.Yamamoto bunsuz hər hansı xalqın tərəqqisinin mümkün olmadığını vurğulamışdır. Bildirmişdir ki, yalnız bundan sonra təhsilin və elmin inkişafı mümkündür. O, Azərbaycan Prezidentinin ölkədə təhsilin inkişafına xüsusi önəm verməsini, burada təhsilin əsasən pulsuz olmasını mühüm amil kimi qeyd etmişdir. Azərbaycanda internetdən istifadə edənlərin sayının ölkə əhalisinin 70 faizini təşkil etməsinin, “Xəzər adaları” layihəsi çərçivəsində inşa ediləcək 1050 metr hündürlükdə qüllənin həm də regionda informasiya-kommunikasiya texnologiyasının tətbiqində, informasiyanın ötürülməsində böyük rol oynayacağını vurğulayan professor bütün bunları ölkənin inkişaf göstəriciləri kimi yüksək qiymətləndirmişdir.

Azərbaycanın sürətli inkişafının onda xoş təəssüratlar doğurduğunu qeyd edən M.Yamamoto Forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin öz memarlıq xüsusiyyətləri ilə onu heyran etdiyini bildirərək demişdir: “Buradakı dizayn, havalandırma və səs sistemləri elə bir yüksək səviyyədə qurulmuşdur ki, mən özümü həqiqətən XXI əsrdə hiss etdim. Mənim qaldığım “Flame Towers” mehmanxanası da öz möhtəşəmliyi ilə insanı heyran edirdi. Onun gecə görüntüləri xüsusilə cəlbedici idi”.

Azərbaycanda olduğu dövrdə yerli əhali ilə görüşlərini xatırladan professor onların gələcəyə böyük inamla baxmasının şahidi olduğunu vurğulayaraq demişdir: “Bu insanların gözləri işıq saçırdı, onlarda güclü enerji var idi. Mən onların xoşbəxtliyinin canlı şahidi oldum. Yadıma ötən əsrin 60-cı illərinin ortalarındakı Yaponiya düşdü. Həmin vaxt biz ilk dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşırdıq. Həmin vaxt Tokio sürətli inkişaf dövrünü yaşayırdı. Biz məhz o vaxt müasir yolları inşa etdik, sürətli Şinkansen qatarları işə salındı. Mənim Azərbaycanda gördüklərim məhz buna bənzəyirdi. Mənim qəlbimdə azərbaycanlı olmaq istəyi yarandı. Mənə elə gəlir ki, indiki halda Azərbaycan hər şeyə qadirdir. Mən böyük məmnuniyyətlə Azərbaycana yenə səfər edərdim”.

Forum çərçivəsində təbiətinin gözəlliyi, insanlarının səmimiyyəti ilə onu heyran edən Lerik rayonuna səfərini böyük məmnuniyyətlə xatırladan M.Yamamoto, xüsusən bu bölgədə yaşayan yaşı 100-dən yuxarı olan insanların onda böyük maraq doğurduğunu bildirərək demişdir: “Lerikə səfər çərçivəsində biz Azərbaycanın bu gözəl, mənzərəli, tarixi bölgəsinin müasir həyat səviyyəsi ilə tanış olduq. Məni ən çox heyrətləndirən buradakı insanların 100 yaşından çox yaşaması haqda məlumat oldu. Mənim hazırda 70 yaşım var və mənə elə gəlir ki, əgər bundan sonra Lerikə köçsəm, daha 70 il yaşaya bilərəm.

Mən qətiyyətlə deyə bilərəm ki, Forum çox yüksək səviyyədə təşkil olunmuşdu. Bir sözlə, şəxsən mənim Azərbaycana ilk səfərim həm beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsinə qatılmaq, həm də bu gözəl ölkə barədə geniş məlumatlar əldə etmək baxımından çox faydalı oldu”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Masanobu Yamamoto: Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması həqiqətən çox heyranedicidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib