REGİONLAR


Masazırda kənddaxili yollar təmir olunur VİDEO

A+ A

Masazır, 21 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron rayonunun Masazır kəndində daxili yollar əsaslı təmir olunur.

AZƏRTAC xəbər verir ki, uzunmüddətli istismar və ağır tonnajlı maşınların hərəkəti nəticəsində Masazır kəndində Heydər Əliyev və Zərifə Əliyeva küçələrində asfalt qatı dağılıb. Yoldan keçən kommunikasiya xətlərinin bərbad vəziyyətdə olması vətəndaşların gediş-gəlişini xüsusən payız-qış aylarında xeyli çətinləşdirirdi. Bütün bunlar nəzərə alınaraq, Masazırda daxili yollar təmir olunur.

Bələdiyyə sədri Siyanfər Əliyevin sözlərinə görə, dekabr ayından indiyədək bələdiyyənin daxili imkanları hesabına 17 küçədə asfalt işləri görülüb. Hazırda 3 kilometr ərazidə asfalt örtüyü vurulur.

Yol boyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənib. Hazırda asfalt örtüyünün döşənməsi işləri həyata keçirilir. Yol kənarlarında piyadaların rahat və təhlükəsiz hərəkəti üçün indiyədək mövcud olmayan səkilər də tikilir. Sözügedən küçələrdə təmir-tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə xeyli sayda texnika cəlb olunub.

Qeyd edək ki, təmir-bərpa işlərinin aparıldığı ərazidə təxminən 10 minə yaxın əhali yaşayır, ərazidə məktəb də fəaliyyət göstərir. Aparılan təmir işləri sakinlərin gediş-gəlişini də asanlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.