ELM VƏ TƏHSİL


Maşın və mexanizmlər elmi üzrə Bakıda beynəlxalq simpozium təşkil olunacaq

Bakı, 8 avqust, AZƏRTAC 

Sentyabrın 11-dən 14-dək Azərbaycan Texniki Universitetində (AzTU) Maşın və Mexanizmlər Elmi üzrə Beynəlxalq Simpozium (“İSMMS- 2017”) təşkil olunacaq.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, Təhsil Nazirliyinin, AzTU-nun, Maşın və Mexanizmlər Elmi üzrə Azərbaycan Beynəlxalq Komitəsinın (AzC IFToMM), İzmir Texnoloji İnstitutunun maşınşünaslıq kafedrasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirin əsas məqsədi maşın və mexanizmlər elminin inkişafında maraqlı olan alimlərin, mütəxəssislərin və digər qrupların tədqiqat işlərinin simpoziuma təqdim edilməsidir.

“İSMMS” dünyada böyük nüfuza malik simpoziumdur. Simpoziuma maşın və mexanizmlər üzrə təqdim olunan elmi işlərin sayı ildən-ilə artır.

Məruzəçilərə maşın və mexanizmlər elmi sahəsində yeni tədqiqatlarını şifahi, plakat və ya video şəklində təqdim etmək təklif olunur. Qəbul olunan bütün məqalələr “Mashine Science” (İSSN 2227 – 6912) elmi jurnalında, həmçinin simpoziumun elmi əsərlərində və seçilmiş məqalələrin korreksiya olunan versiyaları elmi jurnallarında çap olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.