CƏMİYYƏT


Maştağada sakinlər üçün pulsuz tibbi müayinə keçirilib

Bakı, 18 iyul, AZƏRTAC

Sabunçu Rayon İcra Hakimiyyətinin və “Sağlam Ailə” Tibb Mərkəzinin təşkilatçılığı ilə Maştağa qəsəbə nümayəndəliyində əhalinin pulsuz tibbi müayinə aksiyası keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, sakinlər terapevt, endokrinoloq, kardioloq, oftalmoloq, lor, pediatr və ginekoloq həkimlərin yoxlanışından və ultrasəs müayinəsindən keçiblər. Müayinədə iştirak edən sakinlərə qanın ümumi analizi üçün xüsusi kupon verilib.

Tibbi müayinə tədbirinin rayonun digər qəsəbələrində də keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.