İQTİSADİYYAT


“Mastercard” Azərbaycanda nağdsız ödənişləri təbliğ edən tərəfdaş bankları mükafatlandıracaq

A+ A

Bakı, 4 noyabr, Elvin Camalov, AZƏRTAC

“Mastercard” şirkəti Azərbaycanda nağdsız ödənişləri təbliğ edən tərəfdaş bankları mükafatlandıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Alpər Meriç jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən heç bir bankın “Mastercard”a borcu yoxdur. “Mastercard” hazırda Azərbaycanda 28 bankla əməkdaşlıq edir. Biz bu sayı artırmaq istəyirik.

“İstəyirik ki, Azərbaycan regionda son texnologiyadan istifadə edən ilk və lider dövlət olsun. Bunun üçün biz buradayıq. Məsələn, Azərbaycanda polis cərimələri də elektron şəkildə yaza bilər. Həmçinin biz Azərbaycanda nağdsız ödənişləri təbliğ edən tərəfdaş bankları 2017-ci ildə mükafatlandıracağıq”, - deyə Alpər Meriç vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.