DÜNYA
“Mastercard” onlayn alış-veriş etmək üçün üztanıma proqramını istifadəyə verəcək
Bakı, 6 iyul, Samirə Quliyeva, AZƏRTAC
“Mastercard” onlayn alış-veriş etmək üçün kart sahiblərinin üzünü tanıyan yeni proqramının testini keçirib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, testdə iştirak edən istifadəçilər mobil telefonlarını üzlərinə tuturlar, kart sahibi proqram tərəfindən tanınır və beləliklə, müştərilər internetdən aldıqları məhsulun pulunu ödədiklərini təsdiqləmiş olurlar. Üz tanıma proqramı “SecureCode”a alternativ olaraq yaradılıb. Qeyd edək ki, “SecureCode” internetdən alış-veriş edənlərə pul ödənişini təsdiqləmək üçün şifrə istəyir.
Mütəxəssislər bildiriblər ki, selfi çəkməyi sevənlər bu proqrama daha çox üstünlük verəcəklər.
“Mastercard”, eyni zamanda, müştərilərin işini asanlaşdıracaq barmaq izi təhlükəsizliyi və səstanıma proqramı üzərində də çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]