DÜNYA


Matterhorn dağına qalxmaq istəyərkən itən iki ingilis alpinist donaraq ölüb

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

İtaliya-İsveçrə sərhədindəki Matterhorn dağına qalxmaq istəyərkən itən iki ingilis alpinist donaraq ölüb.

AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, İtaliyanın alpinist axtarış-xilasetmə qrupları ingilis alpinistlərin cəsədlərini 4 min metr yüksəklikdə, yarım metrlik qar yığınının altında tapıblar.

Adları və yaşları açıqlanmayan alpinistlərin havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində soyuqdan donaraq öldükləri düşünülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.