DÜNYA


“Mavi dəhliz” layihəsi üzrə LNG stansiyaları Türkiyədə istehsal edilib

Bakı, 10 iyun, Nihad Budaqov, AZƏRTAC

Avropanın təmiz yanacaq layihəsi olan “Mavi dəhliz” (Blue Corridor) çərçivəsində istifadə ediləcək LNG dolum stansiyalarının ilk partiyası Türkiyədə istehsal olunub.

AZƏRTAC xəbər verir ki, stansiyalar “Karbonsan” şirkətinin Orhangazidəki müəssisələrində istehsal edilib.

Ümumilikdə 15 ədəd LNG dolum stansiyanın istehsalı nəzərdə tutulur. Stansiyaların hər 400 kilometrdən bir yerləşdirilməsi planlaşdırılır. Sistem üzərində qurulan konteyner 20 min kubmetr tutuma malikdir. Bu həcm ilə 150 avtomobilə xidmət göstərmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.