DÜNYA
May ayında Yaponiyanın ticarət balansında kəsir qeydə alınıb
Tokio, 20 iyun, AZƏRTAC
Yaponiyanın ticarət balansında son dörd ayda ilk dəfə kəsir qeydə alınıb.
Yaponiya Maliyyə Nazirliyinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, may ayında ticarətdə kəsir 1 milyard 800 milyon dolları ötüb.
Ötən illə müqayisədə idxal 15 faiz artıb. Bu göstərici altı aydır ki, fasiləsiz olaraq müsbət artım nümayiş etdirir.
İxracın ümumi həcmi də əsasən sıxılmış təbii qazın və xam neftin qiymətinin kəskin artımı nəticəsində təqribən 18 faiz artıb.
Həmin göstərici də artıq beş aydır ki, fasiləsiz olaraq müsbət şəkildə artmaqda davam edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]