REGİONLAR


May-iyunda 469,0 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb

Bakı, 24 iyul, AZƏRTAC

Cari il may-iyun aylarında 469,0 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə əkinlərin ümumi sahəsi 26,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 33,6 min hektar (38,3 faiz çox) dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 38,8 min hektar (4,8 faiz çox) qarğıdalı (ondan 35,8 min hektarı dən üçün), 58,8 min hektar (5,3 faiz az) kartof, 68,4 min hektar (6,4 faiz az) tərəvəz, 23,4 min hektar (10,6 faiz az) bostan bitkiləri, 136,4 min hektar (2,6 dəfə çox) pambıq, 14,1 min hektar (2,0 dəfə çox) şəkər çuğunduru, 15,0 min hektar (81,7 faiz çox) dən üçün günəbaxan, 3,3 min hektar (37,9 faiz çox) tütün, 66,5 min hektar (9,6 faiz az) çoxillik otlar, 2,3 min hektar (5,1 faiz çox) birillik otlar, 34,3 hektar (79,2 faiz az) yemlik kökümeyvəlilər və 8,4 min hektar (2,2 dəfə çox) sair bitkilər əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.